Bu həftəsonu ənənəvi payız festivalı olan Goodwood Revival-ın təsiredici dərəcədə zəngin proqramında digər bəndlərlə yanaşı, bir vaxtlar Formula1-də Brəbhəmin və onun komandasının sürücülərinin çıxış etdiyi maşınların paradı da yer alıb.
Belə maşınlardan birini sürmək Emerson Fittipaldiyə həvalə olunub. O, dünya çempionatında debütünü 1970-ci ildə edib – bu, padokda “Black Jack” ləqəbi ilə tanınan Brəbhəmin karyerasındakı son mövsüm idi. Yeri gəlmişkən, o, son qələbəsini həmin ilin martında qazanıb – 44 yaşını qeyd etməsinə cəmi bir ay qalmış.
Emerson Fittipaldi: “Goodwood Revival heyrətamiz tədbirdir, burada sanki zaman maşını ilə keçmişə səyahət edirsən! Hamı o dövrün kostyumları və uniformaları ilə çox gözəl geyinib, ətrafda möhtəşəm maşınlar var – insanın gözü qarşısında rəngarəng mənzərə açılır!
Cek Brэbhэm fantastik sürücü idi və onun nailiyyətlərinin qeyd olunduğu, bir vaxtlar özü yarışdığı və yaratdığı maşınların toplandığı bu festivalda iştirak etmək mənim üçün böyük şərəfdir. O, özü tərəfindən yaradılmış maşının sükanı arxasında dünya çempionu olub – bu, inanılmaz nailiyyətdir!
Təəssüf ki, mənə heç vaxt onun maşınları ilə yarışmaq qismət olmayıb, amma bu gün onlardan birinin – Braham BT33-ün sükanı arxasına keçəcəyəm. Dünən isə oğlumla birlikdə burada baş verən hər şeyi izlədik – və bu, həqiqətən çox gözəl idi! Sürücülərin milyonlarla dəyəri olan unikal maşınlarla bu döngəni limitdə necə keçməsi heyrətamizdir!
Ümid edirəm ki, gələn il oğlumla birlikdə biz də bu yarışlarda iştirak edəcəyik, amma kuzovlu maşınları sürəcəyik – böyük ehtimalla, bunlar tarixi Jaguar olacaq”.





