FİA-nın mətbuat xidməti Renault komandasının beynəlxalq idman kodeksinin 151c maddəsini pozmaqda şübhələndiyi üçün komandanı Ümumdünya Şurasının növbədənkənar iclasına çağırıb. Sentyabrın 21-də Renault-nun nümayəndələri keçənilki Sinqapur yarışındakı insident barədə izahat verəcəklər. Komanda “Nelsinyo Pikenin qəzasının planlaşdırılmasında, bununla trasa Təhlükəsizlik Maşının çıxması sayəsində komandanın digər sürücüsü – Fernando Alonsonun üstünlük qazanmasında” ittiham olunur…
FİA-nın insident barədə əldə etdiyi yeni məlumatlar Ümumdüyna Şurasının iclasını çağırmaq üçün kifayət edib.
Spa yarışının finişindən sonra FİA-nın əməkdaşları Fernando Alonso və komanda rəhbərliyini dindiriblər, keçən ilin Sinqapur yarışında komandanın sürücülərlə radio danışıqlarının yazısı müsadirə olunub.
Renault-nun nümayəndələri şərh verməkdən çəkiniblər…