15 Dekabr 2018, Şənbə - 15:48

D.Rikkardo: “Ferrari və Mercedes sürətlənəcəklər”

D.Rikkardo: “Ferrari və Mercedes sürətlənəcəklər”

Müəllif: Rauf Hacıyev, redaktor

10:11 - 27 Oktyabr, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Meksikada poul uğrunda 6 sürücü mübarizə apara bilər.

F-1.az xatırladır ki, Red Bull komandası Meksikadakı cümə sərbəst yürüşlərində ən yaxın rəqibini bir saniyədən çox qabaqlayıb. Ferrari və Mercedes komandaları isə təkərin hərarətdən və tez yeyilməsindən şikayətçidirlər.

Daniel Rikkardo: “Əgər belə davam etsə, poul uğrunda mübarizə mənlə Ferstappen arasında olacaq. Lakin sadəlövh görünmək istəmirəm. Əminəm ki, Ferrari və Mercedes güclü formada qayıdacaqlar. Görək nə olacaq. Ümid edirəm ki, qayıtmazlar. Poul uğrunda mübarizə 6 sürücü arasında gedə bilər. Bu da həyəcanvericidir.

Bolidin yüngül çən performansı əladır. Amma dolu çəndə yavaşıq. Bolidi yaxşı hiss etmirəm. Lakin düşündüyümüzdən daha sürətliyik. Dolu çən performansına fokuslanacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 213
Teqlər
Paylaş

logo