FİA prezidenti böhrandan qorxmur

FİA prezidenti Maks Mosli Formula1-in böhrana düşməsi fikrini təkzib edib, büdcənin məhdudlaşdırılması ilə razı olmayan komandalar Formula1-i tərk etsələr belə […]

FİA prezidenti Maks Mosli Formula1-in böhrana düşməsi fikrini təkzib edib, büdcənin məhdudlaşdırılması ilə razı olmayan komandalar Formula1-i tərk etsələr belə onların yerini yeni komandalar tutacaq…

Maks Mosli: “Məncə, bu baş verməyəcək. Hansısa böhran haqqında söz-söhbət gəzir, amma mən inanmıram ki, bu böhrandır. Biz hesab edirik ki, yeni komandalar ərizə verməyin son tarixini bilməlidirlər: Formula1-ə gəlməyə hazırlaşan komandalar dəqiq bilməlidirlər ki, onların ərizələri qəbul olunub. İndi son tarix konkret məlumdur, biz ərizələrlə tanış olmalı və qərar qəbul etməliyik. Bəlkə, sonrada yeni vakansiyalar meydana gəlsin və bəzi komandalar qərarlarını sonradan bildirə bilərlər. Heç bir böhran gözlənilmir: gələn ilin martına kimi, yəni biz Melburna yollanana kimi hələ çox vaxt var.

Yeni komandalar isə seytnotdadırlar, çünki indi Formula1 komandası bir saata təşkil olunmur. Bu davamlı prosesdir və biz tezliklə biləcəyik ki, çempionatda iştirak etmək istəyən komandalar kimlərdir. Bir çox şirkətlər maraq göstəriblər və onların bəziləri ciddi namizədlərdir. Problem ondadır ki, biz yalnız üç ərizəyə müsbət cavab verə bilərik, bir şərtlə ki, hazırkı komandaların hamısı gələn ilə qalarsa. Bu vəziyyəti hələ öyrənmək lazımdır.

Əgər, Ferrari çempionatı tərk edərsə, mən çox təəccüblənəcəm. Bir tərəfdən onlar deyirlər ki, çempionatı tərk edəcəklər, digər tərəfdən isə onlar bizi məhkəməyə veriblər ki, biz qaydalarda dəyişiklik etməyək. Məncə, əgər onlar getmək istəsəydilər, sadəcə gedərdilər…

Mən istisna etmirəm ki, hazırkı komandalardan hər hansı biri ayrılmış vaxt ərzində ərizə verməsə, sonradan bunu etmək mümkün olmayacaq, çünki onların yerini yeni komandalar tuta bilərlər. Köhnə komandalar isə bəlkə dizel motorlarla Lə Mana və ya Honda motorları ilə İndyCar-a keçə bilərlər. Hər şey mümkündür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*