FİA daha bütün komandaların yekdilliyinə ehtiyac duymayacaq

Federasiya Beynəlxalq İdman Məcəlləsinə dəyişikliklər barədə məlumat verib. Artıq hər hansı bir qərarın qəbul edilməsi üçün bütün komandaların razılığına ehtiyac olmayacaq.

F-1.az bildirir ki, 18.2.4. nömrəli maddəyə edilən dəyişikliyə əsasən, komandaların yarısından çoxunun səs verməsi kifayət edəcək. Bu barədə federasiya tərəfindən verilən açıqlamada deyilir: “FİA bənzəri görünməmiş Kovid-19 pandemiyasının mənfi təsirlərini azaltmaq və idmanın gələcəyini qorumaq üçün təsdiqləmə prosedurlarının dəyişdirilməsinə davam edir. İdman və Texniki reqlamentlərinə əvvəlcədən edilmiş düzəlişlərə əlavə olaraq,Ümumdünya Şurası Beynəlxalq İdman Məcəlləsinə “qoruyucu bənd”-in tətbiq edilməsini təsdiqləyir.

“Qoruyucu bənd” FİA-nın bayrağı altında keçirilən çempionat, seriya, kubok və s. yarışlarda qaydaların dəyişdirilməsi üçün bütün iştirakçıların razılığının olması tələbini ləğv edir. Bu, FİA-ya bəzi müstəsna hallarda iştirakçıların çoxunun razılığı ilə hər hansı bir qaydanı qısa müddətdə dəyişməyə imkan verəcək”.

Yenilənmiş 18.2.4 bəndində belə deyilir: “Çempionatdakı bütün iştirakçıların razılığı ilə qaydaların qısa müddət ərzində dəyişdirilməsi mümkündür. Lakin bəzi müstəsna hallarda, FİA bu dəyişikliyin çempionatı qorumaq üçün vacib olduğuna inanırsa, iştirakçıların əlsəriyyətinin razılığı kifayətdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*