Rəykkönen Fettelin doğum gününü təbrik edib (video)

Sebastyan Fettelin 30-cu yaş günü ilə FİA-nın onun barəsində qərar qəbul etdiyi gün üst-üstə düşüb.

Çox güman ki, bu gün Sebastyanın əhvalı o qədər də yüksək olmayıb. Çünki bütün günü Parisdə keçirilən FİA-nın toplantısının qərarını gözləməli olub. Amma UPS şirkətinin və komanda yoldaşı Kimi Rəykkönenin hədiyyəsi onun kefini aça bilər.

Videoda danışıq olduqca azdır. Fettel telefonda kimləsə danışır və aralarında belə bir dialoq olur:

– Kimi təbrik edib?

– Yox. Amma dayan… Mən küçədə UPS-ə aid yük maşını görürəm, sənə sonra zəng edərəm.

F-1.az kollektivi də Kiminin təbrikinə qoşulur və həmin videonu təqdim edir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*