FİA Bəhreynə görə komandaların mövqeyini nəzərə alacaq

Cümə günü FİA-nın Ümumdünya Şurasının Barselonadakı iclasında Bəhreyn Qran Prisinin 2011-ci ildə keçirilməsi üzrə yekun qərar qəbul olunacaq. Yazda mərhələ […]

Cümə günü FİA-nın Ümumdünya Şurasının Barselonadakı iclasında Bəhreyn Qran Prisinin 2011-ci ildə keçirilməsi üzrə yekun qərar qəbul olunacaq. Yazda mərhələ siyasi böhran üzündən təxirə salınmışdı,amma indi vəziyyət normallaşıb və bu günlərdə avtodromun sahibləri yarışa hazır olduqlarını federasiyaya bildiriblər.

Formula1 təqvimində dəyişikliklər Ümumdünya Şurası tərəfindən təsdiq olunmalıdır, Şuraya milli federasiya və avtoklubların başçıları daxildirlər, onlar isə lisenziya verdikləri komanda və sürücülərin maraqlarını təmsil edirlər, amma bu dəfə istisna ediləcək. FİA-nın nümayəndəsi bildirib ki, bu məsələdə mövsümün çox uzanmasından narazı olan komandaların mövqeyini federasiya ayrıca nəzərə alıacaq.

Yerli The National qəzetinə müsahibəsində Ümumdünya Şurasının vitse prezidenti və BƏƏ Avtoklubunun başçısı Muhamməd ibn Sulayem bildirib ki, “cümə günü biz komandaların mövqeyini qiymətləndirə biləcəyik – başa düşməliyik ki, kim və nəyə görə narazıdır, ancaq bundan sonra yekun qərar qəbul olunacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*