Ferrari yeni maşını yanvarın son həftəsində təqdim edəcək

Ferrari-nin prezidenti Luka di Montedzemolo elan edib ki, komanda yeni maşını 25-31 yanvarda təqdim edəcək. Luka təqdimatın məkanını söyləməsə də, […]

Ferrari-nin prezidenti Luka di Montedzemolo elan edib ki, komanda yeni maşını 25-31 yanvarda təqdim edəcək. Luka təqdimatın məkanını söyləməsə də, artıq neçə illərdir ki, Skuderiya jurnalistləri Maranelloda toplayır – yəqin ki, ənənə davam etdiriləcək.

Əlbəttə, F10-u əvəz edəcək maşının adı məxfi saxlanılır, amma yeni maşın trasa fevralın 1-də çıxacaq, məhz həmin gün Valensiyada mövsümöncəsi testlərin birinci seriyası başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*