Ferrari testlərdə az yanacaqla işləyib?

Ferrari sürücüləri Valensiya testlərinin bütün üç günü protokollara başçılıq ediblər, amma britaniyalı ekspert və şərhçi Ceyms Allen hesab edir ki, […]

Ferrari sürücüləri Valensiya testlərinin bütün üç günü protokollara başçılıq ediblər, amma britaniyalı ekspert və şərhçi Ceyms Allen hesab edir ki, bu nəticələr maşının yanacaq baklarında rəqiblərə nisbətən daha az yanacağın olması ilə əlaqədardır…

Ceyms Allen: “Ferrari sürücüləri bütün test günləri protokollara başçılıq ediblər, amma çox güman ki, bu üstünlük hər şeydən əvvəl F10-nun yanacaq baklarında rəqiblərə – McLaren və Mercedes-ə nisbətən daha az yanacağın olması ilə əlaqədar idi.

Hər dövrədə göstərdikləri nəticələrin təfərrüatlı təhlili göstərir ki, əgər yanacağın miqdarını nəzərə alsaq, onda Alonso Massadan bir qədər sürətli olub. Ümumiyyətlə, Fernando keçən ilin səviyyəsinə uyğun yanacq miqdarı ilə işləyib, Massa isə bu mövsümə xarakterik olan yanacaq ehtiyatı ilə bir neçə dövrələr seriyası edib. Hər iki sürücü maşından razı qalıb, maşın sazlanmaların dəyişməsinə dərhal reaksiya verir. Bundan başqa F10 təkərlərlə də effektiv işləyir.

Ferrari sürücüləri dövrədə sürətli olmağa can atırdılar, amma McLaren komandası bütün üç günü daha ağır maşınla işləyib və mənə elə gəlir ki, bu həftə onlar rəqiblərindən çox azca sürətli idilər…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*