18 İyul 2019, Cümə axşamı - 02:39

Ferrari: Massa və Alonso bərabər status alacaqlar

Ferrari: Massa və Alonso bərabər status alacaqlar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:01 - 03 Oktyabr, 2009

Fernando Alonsonun Ferrari ilə müqaviləsi təsdiq olunduqdan sonra bir çoxları ispan sürücünün daha zəif komanda yoldaşı ilə özünü rahat hiss […]

Fernando Alonsonun Ferrari ilə müqaviləsi təsdiq olunduqdan sonra bir çoxları ispan sürücünün daha zəif komanda yoldaşı ilə özünü rahat hiss etməsini xatırlayıblar. McLaren-də Fernando Lyuis Həmiltonla aşkar problemlər yaşamışdı, bəs Ferrari-də necə olacaq? Suzukada Stefano Domenikali jurnalistlərə bildirib ki, gələn il Massa və Alonso bərabər status alacaqlar…

Stefano Domenikali: “Sürücülər bərabər status alacaqlar, biz son illərdə bu cür hərəkət edirdik, Kimi və Felipedə olduğu kimi, bu bizim rəhbərlik üsulumuzdur və sürücülər buna hörmət etməlidirlər. Kimi titul qazananda Felipe ona kömək etmişdi, amma bundan əvvəl o şansını itirmişdi. Əgər lazım olarsa, belə bir vəziyyət təkrar ola bilər – bu yoldaşlıq ruhuna və komandanın prinsiplərinə uyğun gəlir.

Mən o zaman McLaren-də baş verən hadisələr barədə bütün məlumatı bilmirəm, nəyisə şərh etmək də düzgün olmazdı, amma Alonsonun fərdiliyi və təcrübəsi bizim komandanın maraqlarına uyğun gəlir. Düzünü desəm, inanmıram ki, problemlər olsun.

Mən Massa ilə Alonso barəsində danışmışdım, amma o hazırda qəzadan sonra bərpa proqramına köklənib.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 223
Teqlər
Paylaş

logo