Ferrari Fransa Məhkəməsindən müdafiə istəyir

Formula-in gələnil üçün FİA-nın təsdiq etdiyi reqlamentin ətrafında yeni raund başlayıb: bu gün Parisdə yerli məhkəmə Ferrari-nin iddiası əsasında FİA-ya […]

Formula-in gələnil üçün FİA-nın təsdiq etdiyi reqlamentin ətrafında yeni raund başlayıb: bu gün Parisdə yerli məhkəmə Ferrari-nin iddiası əsasında FİA-ya qarşı yönəldilmiş işi araşdırmağa başlayıb. Skuderiya FİA-nın qəbul etdiyi yeni qaydalara qadağa qoymağa çalışır və bunu federasiyanın Skuderiyanın texniki haqlarının pozulması kimi qiymətləndirir. Bu isə o deməkdir ki, büdcənin məhdudlaşdırlması məsələsi hələ göydən asılı vəziyyətdədir, hərçənd gələn mövsümdə iştirak etmək üçün ərizələrin verilməsi gələn həftədən başlayır. İstisna olunmur ki, məhkəmə qərarını həftənin sonunda elan edəcək. Qərarın Ferrari-nin və ya FİA-nın xeyrinə olmasından asılı olmayaraq, əks tərəf apelyasiya məhkəməsinə müraciət edəcək, bu isə məsələni bir az da uzadacaq…

Ferrari və bir neçə komanda bildiriblər ki, əgər Ümumdünya Şurasının təsdiq etdiyi reqlament dəyişməsə, onda onlar gələn mövsüm çempionatda iştirak etməyəcəklər. Lakin federasiya kompromisə getməkdən imtina edir və hesab edir ki, bu reqlament Formula1-in gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. FİA prezidenti Maks Mosli keçən cümə Ferrari-nin planlarını öyrədnikdən sonra bildirmişdi ki, komanda çətin bu məsələdə qələbə qazansın, beləki komanda öz hüququndan vaxtənda istifadə etməyib. Prezidentin fikrincə, komanda FOTA-ya daxil olmaqla bu hüququndan mərhum olub…

Maks Mosli: “Hər şeydən əvvəl, biz məhkəmədə bildirəcəyik ki, Ferrari hüququnu itirib, ikincisi, onlar bu hüququndan vaxtında istifadə etməyiblər, yəni onlar Ümumdünya Şurasının martın 17-də və aprelin 29-da keçirilmiş iclaslarında məsələyə münasibət bildirməli idilər. Komandanın nümayəndələri iclaslarda iştirak etsələr də susmağa üstünlük veriblər.

Amma Ferrari artıq FOTA yaranarkən bizim razılaşmadan çıxıb, axı biz razılaşmışdıq ki, o FİA-ya qarşı loyal mövqedə olacaq, federasiya ilə işləyir və əməkdaşlıq edir…

Mən bir neçə həftə əvvəl həqiqətən demişdim ki, Ferrari çempionatın vacib komandalarından biridir, mətbuat isə dərhal bu fikrimi başqa cür çatdırmışdı, sanki biz komanda üçün heç bir vaxt olmayan şərait yaradırıq. Amma heç vaxt belə olmayıb. Qaydalar hamı üçün eynidir və o cümlədən də onlar üçün. Amma azarkeşlər hesab edirlər ki, komanda Formula1-də ən vacibdir.

Lakin komandanın əvəzolunmaz olması fikri nonsensdir. Bu məsələ mənə Ayrton Sennanı xatırladır, 1994-cü ildə o Formula1-in əsas qəhrəmanlarından biri idi, amma sonra təəssüf ki, o həlak oldu, amma çempionat davam etdi. Lotus nə vaxtsa vacib komanda idi, eyni sözü Brabhamvə Maserati komandaları haqqında da söyləmək olar.”

Cümə günü Monakoda FOTA-nın iclası keçiriləcək, komandalar cari vəziyyəti və birgə fəaliyyət planlarını müzakirə etməlidirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*