Ferrari Bəhreyn testlərinə hazırlaşır

Ferrari Bəhreynə gəlib və testlərə hazırlığı başa vurub, sabah yeni F60 trasa çıxacaq və komanda ardıcıl dördgünlük iki test seriyasından […]

Ferrari Bəhreynə gəlib və testlərə hazırlığı başa vurub, sabah yeni F60 trasa çıxacaq və komanda ardıcıl dördgünlük iki test seriyasından birincisinə başlayacaq. Bu həftə ilk iki günü sükan arxasına Felipe Massa əyləşəcək, sonra onu Kimi Rəykkönen əvəz edəcək. Gələn həftənin ilk iki test gününü finlandiyalı sürücü işləyəcək və testlərin son iki gününü braziliyalı sürücü çalışacaq. Ferrari ilə birlikdə testlərdə BMW Sauber və Toyota komandaları da işləyəcəklər.

F60-ın Mücelloda keçirdiyi ilk testlərdən sonra komanda toplanmış məlumatı təhlil edib, mühəndislər şassinin aerodinamik çəki paylanmasının keçid versiyasını hazırlayıblar, məhz bu konfiqurasiya ilə maşın mövsümün birinci yarışına çıxacaq. Test pilotlar Mark Jene, Andrea Bertolini və Cimmi Bruni FİAT-ın araşdırmalar mərkəzindəki trenajorda işləyiblər və yeni maşının xarakteristikasını öyrənməklə yanaşı sliklərin davranışını da qiymətləndiriblər. Bəhreyndə komanda bəzi aerodinamik yenilikləri də yoxlayacaq.

Mövsümün başlanmasına 16 test günü qalıb, hər bir sessiyanın vacib əhəmiyyəti var, amma Avropada bu vaxtlar soyuq olur, ona görə də Ferrari testlər üçün Asiyanı seçib. Hava proqnozu isti və quru hava vəd edir, mövsümün ilk yarışlarının keçəcəyi belə bir şəraitdə maşının davranışı qiymətləndirmək olduqca vacibdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*