Britaniya hökuməti yarışların keçirilməsinə razılıq verib

BBC Sport-un verdiyi məlumata görə, İngiltərə hökuməti bu yay Silverstounda iki Formula1 yarışının keçirilməsini təsdiqləyərək, çempionat iştirakçılarını hərəkət planının əvvəlcədən təsdiqlənməsi şərtilə 14 günlük məcburi karantindən azad edib.

F-1.az xatırladır ki, çempionatın təşkilatçıları Avstriyada qoşa yarış keçirdikdən sonra Britaniyaya yollanmağı planlaşdırmışdılar, amma Britaniya hökumətinin məcburi karantin qərarı planları pozmuşdu. Bundan sonra məsələyə Baş Nazir Boris Conson da qoşulmalı olmuşdu.

Təşkilatçılar əvvəlcədən hərəkət planı təqdim etməlidir və bu plan Avstriyada olduğu kimi təsdiqlənməlidir, bundan sonra məcburi karantin tələbi qaldırılacaq. Bu, Formula1 yarışlarını, Çempionlar Liqası oyunlarını və bir sıra kriket oyunlarını keçirməyə imkan verəcək.

Formula1-in nümayəndəsi BBC-yə bildirib ki, “Biz hökumətin elit idman növlərinin ölkədə keçirilməsini təmin etmək səylərini və yarışa qayıtmağımızı dəstəklədiyini alqışlayırıq. İyulun ilk həftəsində mövsümün başlanmasına hazırlıq məqsədilə yaxın günlərdə hökumətlə sıx əlaqə saxlayacağıq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*