Ferrari Barselonaya başqa şassi gətirəcək

Sabah Barselonada mövsümöncəsi testlərin üçüncü seriyası start alacaq, Ferrari komandasının mətbuat xidməti bu münasibətlə reliz yayıb… Relizdə deyilir: “Maranello, 17 […]

Sabah Barselonada mövsümöncəsi testlərin üçüncü seriyası start alacaq, Ferrari komandasının mətbuat xidməti bu münasibətlə reliz yayıb…

Relizdə deyilir: “Maranello, 17 fevral. Mövsümöncəsi testlərin dörd seriyasından üçüncüsü sabah Barselonanın Catalunya Сircuit trasında başlayacaq.

Scuderia Ferrari Marlboro komandasının mühəndis və mexanikləri artıq Montmeloya gəliblər və dördgünlük testlərin startına hazırdırlar – əvvəlcə sükan arxasına Fernando Alonso oturacaq, bazar günü isə onu Felipe Massa əvəz edəcək.

Ferrari F150th İtalia-nın konfiqurasiyası dəyişməyəcək, bizim məqsədimiz də dəyişməyib – Valensiya və Xeres testlərində olduğu kimi maksimum məsafə qət etməyə çalışacayıq ki, Pirelli təkərlərinin xarakteristikasını yaxşı başa düşək və maşının etibarlılığına əmin olaq.

Əvvəlki testlərdən yeganə fərq şassinin indeksi olacaq. Barselonada biz 287 nömərli şassidən istifadə edəcəyik, təqdimat mərasimində və əvvəlki testlərdə istifadə olunmuş 288 nömrəli şassi isə Maranelloya qayıdıb və Saxir yarışına hazırlaşır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*