Ferrari 2012-ci ildən sonra Formula1-də qalacaqmı?

Keçən yay FİA-FOTA qarşıdurmasının qızğın vaxtında şayiələr yayılmışdı ki, Ferrari Formula1-i tərk edə bilər. Artıq konflikt arxada qalıb, Ferrari çempionatda […]

Keçən yay FİA-FOTA qarşıdurmasının qızğın vaxtında şayiələr yayılmışdı ki, Ferrari Formula1-i tərk edə bilər. Artıq konflikt arxada qalıb, Ferrari çempionatda qalır, amma komandanın iştirakı yalnız 2012-ci ilə qədər zəmanətlidir. Sky Italia telekanalına müsahibəsində Ferrari-nin prezidenti Luka di Montedzemolo etiraf edib ki, 2012-ci ildən sonra Skuderiyanın Formula1-də qalması məsələsi hələ bağlanmayıb…

Luka di Montedzemolo: “Bir tərəfdən, Formula1-ə yenilənmək lazımdır, digər tərəfdən, bizə stabillik və müəyyənlik lazımdır, qaydalar hər gün dəyişməməlidir. Əsas odur ki, tamaşaçı marağını qaldıraq. Biz Razılıq Müqaviləsini imzalamışıq və 2012-ci ilə qədər çempionatda qalacayıq. Bizim bundan sonra nə etmək barədə düşünməyə hələ vaxtımız var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*