B.Ekklstoun: Pulumu Ferstappenə qoyaram

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun çempionluq uğrunda mübarizədə Ferstappeni favorit kimi görür.

 

F-1.az xatırladır ki, mövsümün ikinci yarısı bu həftəsonu Belçika Qran Prisi ilə davam edəcək. Mövsümün ilk yarısından sonra Lyuis Həmilton turnir cədvəlində birinci yerdədir. Onu isə 8 xal geridən Maks Ferstappen izləyir.

Berni Ekklstoun: “Pulumu Maksa qoyardım. Məncə, hazırda hər şey onun üçün yaxşı gedir və ən sürətli maşın ondadır. Maks Lyuisin qazana bilmədiyi yarışlarda qalib olacaq ya da tam əksi. Kim az səhv etsə, o, qalib gələcək. Lyuis bu işdə daha təcrübəlidir. Maks isə hələ çox səhv edə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*