F.Briatorenin yeni təklifi

Flavio Briatore Ross Braunun komandasını hücumlarını davam etdirib. İtaliya KİV-inə müsahibəsində Renault F1 komandasının başçısı Brawn GP-nin teleyayımdan əldə etdiyi […]

Flavio Briatore Ross Braunun komandasını hücumlarını davam etdirib. İtaliya KİV-inə müsahibəsində Renault F1 komandasının başçısı Brawn GP-nin teleyayımdan əldə etdiyi gəliri və FOM-un digər ödmələrini çempionat iştirakçıları arasında bölməyi təklif edib…

Flavio Briatore: “Bəzi məsələlərə baxmayaraq, Luka di Montedzemolo Brawn GP-ni dəstəkləməklə FOTA-nın birliyini qorudu, McLaren isə onları motorlar təchiz etməkdə davam edəcək, amma Ross Braun bizim texniki nümayəndəmiz idi və faktiki olaraq məni əlavə pul xərcləməyə məcbur edib, büdcəmizdə isə pul yoxdur. Mən Robun Hud deyiləm və FOTA-ya təklif etmişəm ki, Honda-ya çatmalı olan teleyayımdan gəliri digər komandalar arasında bərabər bölək.

Ross Braun hamıdan varlıdır, Honda bu komandanı maliyyələşdirib, 130 milyon dollar pul ayırıb – onun pulu məndən çoxdur, amma mən digərləri kimi əlavə maliyyə mənbəyi axtarmalıyam ki, mövsümü Brawn GP-dən bir saniyə arxada keçirməyim.

Honda Formula1-i tərk etməsini elan etdi, FİA hesab edir ki, Brawn GP yeni komandadır. FOTA-nın kommersiya bölümünün başçısı kimi mən komandalara ənənəvi qaydalara əməl etməyi təklif edirəm – yeni komanda ilk üç ili gəlir götürə bilməz.”

Jurnalistlər Briatoredən soruşublar ki, bəs əvvəlki razılaşma necə olsun, axı qışda FOTA Brawn GP-yə gəlirin tam ödənilməsinə səs vermişdi?

Flavio Briatore: “Bu Mİlad bayramında olmuşdu, bayramlar isə çoxdan qurtarıb, bəlkə gələn Miladda biz yenə də bu mövzuya qayıdacayıq, amma söhbət yeni komandadan gedir və mən FOTA-ya qaydalara əməl etməyi təklif edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*