F.Briatore yaxın 48 saat ərzində işdən qovula bilər

Britaniyanın Daily Mail qəzeti yazır ki, yaxın 48 saat ərzində Renault şirkətinin rəhbərliyi Flavio Briatoreni zavod komandasının başçısı vəzifəsindən azad […]

Britaniyanın Daily Mail qəzeti yazır ki, yaxın 48 saat ərzində Renault şirkətinin rəhbərliyi Flavio Briatoreni zavod komandasının başçısı vəzifəsindən azad edə bilər. Flavio vəzifədə qalması üçün bu müddət ərzində Ümumdünya Şurasının iclasında günahsızlığını sübut etmək üçün əsaslə dəlillər tapmalıdır.

Sentyabrın 21-də FİA-nın Ümumdünya Şurası Keçənilki Sinqapur yarışında Nelsinyo Pikenin qəzasını müzakirə edəcək və əgər komandanın günahı sübut olunarsa, komandanın hüquqşünasları itkiləri minimuma endirməyə çalışacaqlar, yəni müdafiə qəzanın yalnız üç şəxsə Nelsinyoya, Briatoreyə və Simondsa məlum olduğu üzərində qurulacaq. Belə bir vəziyyətdə Pike və Simonds toxunulmazlıq alıblar, Briatore isə iclasa qədər işdən uzaqlaşdırıla bilər. Hərçənd, müdafiənin senarisi başqa cür də ola bilər, bunun üçün Flavio günahsız olmasını əsaslı dəlillərlə sübut etməlidir.

Simondsun mövqeyi vacib rol oynayacaq. Belçika Qran prisi günləridnə Pət bir neçə vacib suala cavab verməkdən imtina etmişdi, amma sentyabrın 21-də o sualları cavablandıra bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*