15 Dekabr 2019, Bazar - 14:41

F.Alonsonun Ferrari ilə müqaviləsinin təsdiqi təxirə salınıb

F.Alonsonun Ferrari ilə müqaviləsinin təsdiqi təxirə salınıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:56 - 27 Avqust, 2009

Şayiələr gəzirdi ki, Fernando Alonsonun Ferrari ilə müqaviləsi İtaliya Qran Prisi günlərində Monsada elan oluna bilər, amma GPWeek saytı bu […]

Şayiələr gəzirdi ki, Fernando Alonsonun Ferrari ilə müqaviləsi İtaliya Qran Prisi günlərində Monsada elan oluna bilər, amma GPWeek saytı bu gün yazıb ki, Felipe Massanın qəzası üzündən bu elan qeyri-müəyyən vaxta kimi təxirə salınır…

Alonso və Ferrari-yə yaxın olan mənbə jurnalistlərə bildirib: “Bəyanat Monsada səslənməli idi, amma komanda bunu bəytan etməkdən çəkinəcək, nə qədər ki, Felipe Massanın yarışları qayıtması sual altındadır. Fernando gələn ildən Ferrari-də çıxış edəcək, müqavilə imzalanıb. Yeganə məsələ – ikinci maşının sükanı arxasında kimin oturmasıdır, ona görə də komanda Felipenin qayıtmasına tam əmin olduqdan sonra heyət barədə bəyanat verəcək.”

Ekspertlərin bildirdiyinə görə, Alonsonun Ferrari ilə müqaviləsi sürücülər bazarında keçidlər zəncirinin başlanğıcını qoymalıdır, bəyanatdan sonra Kubitsanın Renault ilə müqaviləsi təsdiq olunacaq. GPWeek-in jurnalistləri hesab edirlər ki, əgər həkimlər Felipeyə sükan arxasına qayıtmağa icazə verməsələr, onda hadisələr bir neçə variant üzrə cərəyan edə bilər. Birincisi, Ferrari Rəykkönenlə müqaviləsini təsdiq edəcək və 2010-cu ildə Kimi Fernandoya komanda yoldaşlığı edəcək, ikincisi, Mixael Şumaher zədələrdən tam sağalaraq yarışlara qayıda bilər, üçüncüsü, Robert Kubitsa ilə müqavilə bağlana bilər.

Hərçənd, bunlar hamısı hələlik şayiələrdir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 307
Teqlər
Paylaş

logo