F.Alonsonu motor problemi narahat etmir

Bu gün səhər sərbəst yürüşlərdə Fernando Alonsonun işinə motorun imtinası mane olub – mövsümün ilk dörd Qran Prisində ikiqat dünya […]

Bu gün səhər sərbəst yürüşlərdə Fernando Alonsonun işinə motorun imtinası mane olub – mövsümün ilk dörd Qran Prisində ikiqat dünya çempionun maşınında iki motor sıradan çıxıb. Mövsümün qalan on beş yarışında ispaniyalı sürücünün ixtiyarında cəmi altı motor qalıb, bundan sonra yeni motor startda on yer itirməklə cərimə olunacaq. Hərçənd, bu fakt Fernandonu elə də həyəcanlandırmayıb…

Fernando Alonso: “Narahat olmağa heç bir səbəb görmürəm, şənbə və bazar günləri biz yeni motordar istifadə edirik, cümə günləri isə artıq yarışda sitifadə olunmuş motorların resurslarını başa vururuq. Dünən mən demişdim ki, bu məni narahat etmir. Əgər növbəti yarışda daha bir motor sıradan çıxsa, biz düşünməli olacayıq, amma bugünkü motor Bəhreyndə startdan əvvəl çıxardığımız motor idi və o nə vaxtsa resursunu bitirməli idi, elə məhz buna görə də biz onu yarışdan əvvəl maşından sökmüşdük – bilirdik ki, yarışda da imtina edə bilər.

İnanmıram ki, cümə günü tam proqram üzrə işləməməyim ciddi problem olacaq. Hələlik, hər şey plan üzrə gedir. Bu gün biz yeni hava kanalını mənim maşınıma qurmuşduq, amma onu aktivləşdirmədik, hər şeydən əvvəl motor qapağının və arxa antiqanadın bəzi yeni elementlərinin effektliyini yoxlamaq lazım idi. Hava kanalı aktiv deyildi, ona görə də kokpitdə mən yeni idarəetmə orqanı görmədim. Biz sadəcə yeni və standart motor qapaqlarını müqayisə etdik, mən heç bir üstünlük görmədim, amma mühəndislər zəruri məlumat topladılar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*