F.Alonso Renault-nun bu il qələbə qazanmasına inanmır

Fernando Alonso hesab edir ki, bu mövsüm Renault komandası son yarışları keçən il olduğu kimi güclü keçirə bilməyəcək. Keçən ilin […]

Fernando Alonso hesab edir ki, bu mövsüm Renault komandası son yarışları keçən il olduğu kimi güclü keçirə bilməyəcək. Keçən ilin ilk yarısında komanda builki kimi uğursuz çıxış edirdi, amma sonra Alonso Sinqapur və Yaponiyada qələbə qazandı, Braziliyada isə ikinci oldu. Amma indi Renault artıq R29-un modernizəsini dayandırıb, bu isə qələbə ehtimalını minimuma endirir…

Fernando Alonso: “Bu il bir az başqa cür alındı, nə baş verəcəyini də demək çətindir. Hərçənd, keçən il də bizim nə qazanacağımızı əvvəldən söyləmək mümkün deyildi.

Bəlkə də keçən il bizim uğur qazanmağımıza səbəb komandanın maşını yarışdan yarışa modernizə etməsi oldu. Amma indi Renault artıq R29 üzərində işləri dayandırıb, çünki indidən gələn ilin maşını üzərində işə başlayıb, ona görə də bu il qələbə qazanmaq çətin olacaq.

Lakin son üç yarışda biz rəqabətədavamlıyıq. Əgər bir azca bəxtimiz gətirsə, imkanlardan istifadə edə biləsydik, podium qazana bilərdik…”

Ekspertlər hesab edir ki, ispan sürücü artıq Ferrari ilə gələn ilə müqavilə bağlayıb, amma Alonso deyib ki, o başqa komandalarla da danışıqlar aparır, amma yaxın vaxtlarda onun gələcəyi barədə bəyanat verilməyəcək…

Fernando Alonso: “Biz hələ də fikirləşirik və müxtəlif variantları qiymətləndiririk, sonrasına baxarıq. Məncə, yaxın həftələrdə bəyanat gözləməyinə dəyməz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*