19 Noyabr 2019, Çərşənbə axşamı - 01:01

F.Alonso – Formula1-də on il!

F.Alonso – Formula1-də on il!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:12 - 05 Mart, 2011

On il əvvəl, 2001-ci il martın 4-də Fernando Alonso Formula1-də ilk Qran Prisini keçirib. İspaniyalı sürücü Minardi komandasında debüt edib, […]

On il əvvəl, 2001-ci il martın 4-də Fernando Alonso Formula1-də ilk Qran Prisini keçirib. İspaniyalı sürücü Minardi komandasında debüt edib, 19-cu yerdən start alıb və yarışı 12-ci yerdə başa vurub.

Həmin vaxtdan Alonso 159 Qran Pri keçirib, 20 dəfə pouldan start alıb, 63 dəfə podiuma qalxıb, 26 qələbə qazanıb və iki dəfə dünya çempionu olub. İspaniyanın Marca qəzetinə müsahibəsində Fernando karyerasının bəzi mərhələlərini xatırlayıb…

Fernando Alonso: “Mən yarışları xoşlayıram və istefa barədə düşünmürəm. Mən hətta yarışı ikinci, səkkizinci, sonuncu da başa vuranda yarışda ləzzət alıram. Formula1 mürəkkəb biznesdir, təmiz idman deyil – sürücülər müxtəlif sürətli maşınlarda yarışırlar, qaydalar da hamı üçün eyni deyil, amma mən bunu bilirəm və qəbul edirəm, axı bütün bunlar bizim çempionatı daha rəngarəng edir.

Ən pis maşın? Renault 2009-cu ildə, amma həmin il mən Sinqapurda podium qazandım, düzdür, mənim ən yaxşı maşınlarım da bu komandada olub. O zaman MichelinBridgestone mübarizəsində biz üstün olmuşduq.

Mən Minardi-nin sükanı arxasında debüt etmişdim, hərçənd, Prost-dan da yaxşı təklif almışdım – növbəti mövsümü Ferrari-nin test sürücüsü ola bilərdim. Amma Renault daha yaxşı variant təklif etdi – mən bir test sürücü olduqdan sonra əsas maşının sükanı arxasına keçdim.

Ferrari ilə müqavilə bağlayarkən mən bilirdim ki, əfsanəvi komandaya keçirəm, amma sonda çox təəccübləndim, hər şey mən istədiyimdən də yaxşı oldu. McLaren-də mən özümü komandanın bir hissəsi hiss etmirdim, Ferrari-də isə evdəki kimiyəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 321
Teqlər
Paylaş

logo