F.Massa: “Williams-ın sürəti cəsarətvericidir”

Williams komandasının sürücüsü Felipe Massa Braziliya QP-nin ilk günündən razı qalıb.

F-1.az xatırladır ki, Williams komandasının sürücüləri birinci və ikinci sərbəst yürüşlərdə güclü performans göstəriblər – Bottas ikinci sessiyada 3-cü, Massa isə 4-cü yeri tutub.

Felipe Massa: “Bu gündən çox razıyam. Cümə günü çox güclü idik. Həm səhər, həm də nahardan sonra çoxlu dövrələr vura bildik. Sürətimiz cəsarətvericidir. Hələlik hər şey qaydasındadır. Adımızı ön pillələrdə görmək çox gözəldir. Sabah görək nə olur. Şənbə günü daha real sürətləri görəcəyik. Sabah çox güclü olmalıyıq. Çünki Red Bull, Ferrari və digərləri daha sürətli olacaqlar. Ümid edirəm ki, daha yaxşısını edə bilərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*