T.Volff Bottasın bacarıqsızlığından narazıdır

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Valtteri Bottas rəqiblərini izləməkdə çox zəifdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü İtaliya yarışında Leklerə nisbətən daha təzə təkərlərdə olsa da, rəqibinə hücum edə bilməmişdi.

Toto Volff: “Rəqibinin arxasına yaxınlaşanda boliddən maksimumu ala bilmir. Çətinlik çəkir. Lyuis öndəki maşına yaxınlaşa bilir və hücum edir. Valtteri üzərində işləməlidir. Lakin İtaliyada əla yarışdı. Trasın ən sürətli pilotu idi”.

,