17 Noyabr 2019, Bazar - 01:39

F.Massa Mercedes AMG-dən təklif gözləyir?

F.Massa Mercedes AMG-dən təklif gözləyir?

Müəllif: Elçin Zodorov, redaktor

10:50 - 06 Dekabr, 2016

Bu il karyerasını bitirən Felipe Massa Mercedes AMG-dən təklif gələcəyi halda, geri qayıda biləcəyinə işarə vurub.

F-1.az bildirir ki, Mercedes AMG Niko Rosberqdən boşalan yerə sürücü axtarır, lakin bir çox sürücünün komandaları ilə müqavilələrinin olması problem yaradır. Belə olan halda komanda gələn il üçün müqaviləsi olmayan sürücülərə yönələ bilər.

Felipe Massa karyerasını bitirdiyini, Censon Batton isə ən azından gələn mövsüm yarışmayacağını açıqlamışdı, lakin Battonun adı Mercedes AMG ilə hallanır. Təklif gələcəyi halda hansı qərarı verəcəyi sualına Massa belə cavab verib: “Karyeramı bitirmək qərarımdan razıyam, amma kim Mercedes-də yarışmaq istəməz ki? Təklif gəlsə müsbət cavab verəcəyimi düşünmürəm, lakin indi orada yarışmaq hamının zövqünü oxşayar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 721
Teqlər , , ,
Paylaş

logo