F.Alonso: Nəticələr təkmilləşəcək

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, şənbə günü bütün komandalar təkmilləşəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə sərbəst yürüşlərində 5-ci yeri tutub.

Fernando Alonso: “Simulyatorda sürəndən sonra əsl trasda sürmək yaxşı oldu. Simulyatorla real arasında həmişə fərqlər olur. Buna görə də trası tez anlamaq vacib idi. Tras maraqlıdır. Asan deyil. Hamı üçün risk var. İstiyə görə diqqət dağıla bilər və səhv etmək mümkündür. Buna görə də fiziki hazırlıq yaxşı olmalıdır. Cümə günü yaxşı keçdi.

Hazırda məlumatları araşdırıb, bolidi təkmilləşdirməliyik. Sürətli görünürük. Buna görə pozitiv düşünürəm. Lakin əksəriyyət şənbə günü sürətlənəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*