C.Lehto: Alonsonu heç kim istəmir

Sabiq Formula1 sürücüsü CeyCey Lehto bildirib ki, Fernando Alonsonu güclü komandalardan heç biri istəməz.

F-1.az xatırladır ki, ispaniyalı sürücü karyerası ərzində Minardi, Renault, McLaren (Mercedes), Ferrari və McLaren (Honda) komandalarının şərəfini qoruyub. Ancaq ikiqat Dünya Çempionu xüsusilə Mercedes, Ferrari və Honda ilə problemlər yaşamışdı. Buna görə də 38 yaşlı pilotun güclü komanda ilə idmana qayıtması real görünmür.

CeyCey Lehto: “Alonsonun Hondaya qarşı etdiyi hörmətsizlik idi. İşverən barədə dediyi sözlər çirkincə idi. Belə davranışı heç bir istehsalçı qəbul etməz. Fernado şübhəsiz ki, güclü sürücüdür. Amma hamı ilə münasibətləri korlayıb. Heç bir komanda onunla yenidən işləməyə risk etməz. Alonso 2018-ci ildən bəri bolid də sürməyib. Yaşı da çoxdur. Hazırda daha gənc, daha ucuz və istedadlı sürücülər var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*