F.Alonso: “3-cü dəfə Dünya Çempionu olmamış gedən deyiləm”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Formula1-dən ayrılmağı hələ də düşünmür və üçüncü dəfə Dünya Çempionu olmağı planlaşdırır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü karyerasını bitirdikdən sonra Dünya Dözümlülük Çempionatında (WEC) yarışacağını demişdi. Amma 35 yaşlı sürücü hələ bu barədə düşünmədiyini və üçüncü dəfə Dünya Çempionu olmaq istədiyini deyib.

Fernando Alonso: “Uzun müddətli karyera planlarımı düşünməmişəm. Hər mətbuat konfransında eyni şeyləri təkrar edirəm. Çünki ayrılmaq barədə düşünmürəm. Gələn il yarışacağıma 100 faiz əminəm. Sonrakı mövsümlərdə nə olacağını bilmirəm. Le Manın 24 saatlıq marafonu da gözəl görünür. Oradakı avtomobilləri və mübarizəni çox sevirəm.

Yenə də, tam vaxtını bilmirəm. Bir il, iki il və ya on il ola bilər, amma əvvəl-axır bu idmandan gedəcəm. Məqsədim o vaxta kimi üçüncü Dünya Çempionluğunu qazanmaqdır. Bunun üçün əlimdən gələni edərəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*