Ə.İrvayn stüardların hərəkətlərindən narazıdır

Hazırda uğurlu biznesmen olan keçmiş Formula1 sürücüsü Əddi İrvayn Lyuis Həmiltonun aqresiv sürmə stilini tənqid edənlərin sırasına qoşulub, amma Əddi […]

Hazırda uğurlu biznesmen olan keçmiş Formula1 sürücüsü Əddi İrvayn Lyuis Həmiltonun aqresiv sürmə stilini tənqid edənlərin sırasına qoşulub, amma Əddi daha çox FİA-nın stüardlarının hərəkətlərini tənqid edib…

Əddi İrvayn: “Mən Lyuisin azarkeşiyəm, o, Formula1-də yeganə sürücüdür ki, onun çıxışını izləməkdən hamı zövq alır. Amma onun ıtrafına mənim suallarım var, axı o rəqiblərinə hörmətini itirib. Monako Qran Prisindən sonra onun kəskin sözləri, bilmərəm o haqlı idi yoxsa yox, amma bu hal hamıda neqativ təəssürat yaratdı.

Kanadada Censon Batton səhvə yol verdi. Düşünmürəm ki, Censon Lyuisi güzgüdə görürdü, amma yekunda xoşagəlməz insident baş verdi – amma bunun qarşısını almaq mümkün idi. Lyuis risk etdi, amma heç də qəzaya uğramaq istəmirdi, o ümid edirdi ki, komanda yoldaşını ötəcək, amma həmin insidentə onun maşını təkərini itirə bilərdi, təkərdən isə onun özü də, kənardakı adamlar da zədələnə bilərdilər. Censon onu divara sıxdı və stüardlar tərəfindən cəzalandırılmadı.

Həmilton isə startda Uebberlə insidentə görə cəzalandırılmadı. Amma Pol di Resta Haydfeldə toxunduğu üçün həm öz yarışını korladı, həm də pit-leyndən keçməklə cərimələndi. Stüardlar düzgün hərəkət etmirlər, onlar böyük qərarlar qəbul etməyə çalışrılar, amma unudurlar ki, yarışın nəticələrinə təsir edirlər.

Belə insidentləri araşdırmaq həmişə çətindir, amma mənə elə gəlir ki. əgər sürücü hücum edirsə, lakin ötə bilmirsə – hər şey normaldır, əgər özünü trasda kobud aparırsa – vəziyyət mübahisəli ola bilər, əgər təhlükəli davranırsa – onda sanksiyalar tətbiq olunmalıdır.

Mənim qaydalarda dəyişikliklərdən xoşum gəlmir. Əvvəllər ötmələr nadir idi və sürücünün qəhrəmanlığından xəbər verirdi, indi isə sürücü DRS düyməsini basır və ötür. Məhz buna görə də Fettel Monrealda sonuncu döngədə liderliyini əldən verdi – o bilirdi ki, Censon DRS-dən istifadə edəcək və sonuncu döngədə onu qabaqlayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*