E.Okon: Düz elədim

Renault komandasının sürücüsü Esteban Okon sıralanma turunda səhv hərəkət etmədiyini deyib.

F-1.az xatırladır ki, fransalı sürücü sürətli dövrəsinə başlarkən arxasındakı Rəykkönen onu keçmək istəmiş, lakin gənc sürücü Dünya Çempionuna ötməyə icazə verməmişdi.

Esteban Okon: “Sıralanma turunda çox şey oldu. Yeni delta müddəti qaydası sıralanma turundan çox yarışı xatırladırdı. Kimi ilə insidetdə gəldikdə isə, onda qalmaq üçün hər şey etdim. Boksdan onun önündə çıxmışdım. Sessiyaya belə başlamalı idik. Ancaq o hücum etdi və mənə yaxınlaşdı. Məni keçsəydi, dövrəmiz məhv olacaqdı.

İkinci sessiyada isə bəzi şeyləri düz eləmədik. Trasa çox tez çıxdıq. Rikkardo fərqi açıb getdiyi üçün hava kisəsi olmadı. Buna görə də yarım dövrə tək getdim. Əks halda 10-cu yeri tuta bilərdim. Burada gözlədiyimiz performansımız yox idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*