E.Blandin: AMR23 güclü olacaq

Aston Martin komandasının köməkçi texnik direktoru Erik Blandin bildirib ki, AMR23 ilə irəliyə doğru böyük addım atacaqlar.

F-1.az xatırladır ki, “yaşıllar” 2022-ci ildə yaxşı mövsüm keçirə bilməmiş və sonda 7-ci olmuşdular.

Erik Blandin: “AMR23-ün üzərindəki iş plana uyğun gedir. Təqdimat üçün planlaşdırdığımız verisyanı bitirdik. Hazırda günümün 80 faizini aero şöbədə daha yaxşı yeniliklər gətrimək üçün xərcləyirəm.

Təqdimat vacib olsa da, o hələ ilk pillədir. Bütün mövsüm rəzində bolidi təkmilləşdirməliyik. Keçən il AMR22-yə çoxlu yeniliklər gətirdik və inkişaf etdik. Buna görə də əminik ki, AMR23 üçün düzgün konsept seçmişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*