Durango Formula1-də iştirak üçün ərizə verib

İtaliyanın Durango komandası maliyyə problemləri üzündən GP2 seriyasını tərk edib, amma sponsorların dəstəyinə arxayın olan komanda gələn mövsüm Formula1-də iştirak […]

İtaliyanın Durango komandası maliyyə problemləri üzündən GP2 seriyasını tərk edib, amma sponsorların dəstəyinə arxayın olan komanda gələn mövsüm Formula1-də iştirak etmək üçün ərizə verib.

İvone Pinton, komandanın başçısı: “Bu ərizə marketinq şöbəsinin gərgin işinin nəticəsidir. Keçən mövsüm yaranmış problemlərdən sonra biz yeni tərəfdaşlar tapmaq üçün əlimizdən gələni etdik ki, onlar bizim çıxışlarımızı dəstəkləyə bilsinlər. Çox qısa vaxt ərzində başa düşdük ki, sponsorları yalnız Formula1 maraqlandırır və biz bu istiqamətdə işləməyə başladıq.

Mən sevinclə təsdiq edirəm ki, bizim ərizəmiz iki beynəlxalq şirkətlə əməkdaşlığa əsaslanır. Gən sürücülərin hazırlanmasına uzun illər çalışdıqdan sonra Durango Formula1-də debüt edə bilər.”

FİA komandaların ərizələrini aprelin 15-dək qəbul edəcək, iyul ayında isə seçilmiş və ehtiyat komandaların adları açıqlanacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*