Doninqtona daha iki həftə vaxt verilib

Doninqton trasının icraçı direktoru Saymon Cilletin sözlərinə görə, avtodromun rekonstruksiyasının maliyyə təminatına zəmanətin verilməsi müddəti daha iki həftə uzadılıb. Cillet […]

Doninqton trasının icraçı direktoru Saymon Cilletin sözlərinə görə, avtodromun rekonstruksiyasının maliyyə təminatına zəmanətin verilməsi müddəti daha iki həftə uzadılıb. Cillet əmin edir ki, o layihıni vaxtında başa vurmaq üçün hər şey edəcək. Xatırladaq ki, Berni Ekklstoun avtodrom rəhbərliyinin nazı ilə çox oxnayır və hər dəfə vaxtı uzadır, amma, deyəsən, keçən həftə Formula1-in kommersiya başçısının səbri tükənib…

Londonda dərc olunan The Times qəzetinə müsahibəsində Berni bildirib ki, “əgər onlar pul tapsalar belə, yerdə qalan vaxt ərzində trası hazırlamaq mümkün olmayacaq və deyəsən, biz yeni planların tərtibi ilə məşğul olacayıq.”

Amma bu gün Cillet bildirib ki, Doninqtona daha iki həftə vaxt verilib…

Saymon Cillet: “Biz təsdiq edə bilərik ki, Donington Ventures Leisure Limited şirkətinin daha iki həftə vaxtı var – biz Britaniya Qran Prisini qəbul etməyin zəmanətini təqdim etməliyik. Son həftə biz böyük uğur qazanmışıq və bizə verilən əlavə vaxtı yüksək qiymətləndiririk. Biz yerli azarkeşlərin artan narahatlığını da başa düşürük, amma öz öhdəliklərimizi yerinə yetirmək niyyətindəyik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*