D.Kulthard Hindistana yola düşüb

Formula1 Hindistan bazarına girməyə hazırlaşır: Hindistan Qran Prisi 2011-ci ilin təqviminin ilkin versiyasına daxil edilib, Dehlidən 50 km uzaqlıqda German […]

Formula1 Hindistan bazarına girməyə hazırlaşır: Hindistan Qran Prisi 2011-ci ilin təqviminin ilkin versiyasına daxil edilib, Dehlidən 50 km uzaqlıqda German Tilkenin layihəsi üzrə yeni avtodromun tikintisi başlanıb, Force İndia komandasının buliki inkişafı isə ölkədə avtoidmanın populyarlaşmasına səbəb olub. Yaxın uik-end Dəvid Kulthard maraqlı bir aksiyada iştirak edəcək: o Red Bull komandasının maşınında yeni açılmış Bandra Worli Sea Link körpüsündən keçəcək…

Uzunluğu 4.66 km olan müasir körpünün tikintisi 400 milyon dollara başa gəlib, nəticədə Mumbayinin mərkəzindən şimala yol 45 dəqiqə əvəzinə cəmi 7 dəiqqə tutur.

Dəvid Kulthard: “Bi mənim Hindistana ilk səfərimdir, əlbəttə, mənə hər şey maraqlıdır. Səfərin qrafiki çox sıxdır, amma mən görməli yerlərə də baxmaq istəyirəm. Bu il, ümumiyyətlə, çox narahat alındı – işim başımdan aşır. Hindistandan Braziliyaya uçmalıyam, orda isə Abu Dabiyə. Ümid edirəm ki, bundan sonra dincəlməyə vaxtım olacaq.

Formula1 mövsümü də çox maraqlı keçir! Çox yaxşıdır ki, yarışlarda yeni komandalar liderlik edirlər – Brawn GP, Red Bull və hətta Force İndia. Mən ümid edirəm ki, titulu Sebastyan Fettel qazanacaq, amma deyəsən bu dəfə çempion Censon Batton olacaq – o buna layiqdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*