Diffuzorlar: Sabah təftişdən sonra protest veriləcək

Sabah günorta Melburnda maşınların texniki təftişindən sonra Toyota, Williams və Brawn GP komandalarının maşınlarında diffuzorların reqlamentə uyğun gəlib-gəlməməsi məsələsi yeni […]

Sabah günorta Melburnda maşınların texniki təftişindən sonra Toyota, Williams və Brawn GP komandalarının maşınlarında diffuzorların reqlamentə uyğun gəlib-gəlməməsi məsələsi yeni müstəviyə keçəcək. Bu gün hamı FİA ekspertərinin rəyindən asılı olmayaraq inamla protest verəcəyimi söyləyib. Əgər diffuzorlar qanuni hesab olunarsa, onda Red Bull və Renault protest verəcək. Əgər elementlər qeyri-qanuni hesab olunarsa, onda Toyota, Williams və Brawn GP protest verəcək. istənilən halda məsələ Apelyasiya Məhkəməsində həll olunacaq, məhkəmə isə ən yaxşı halda Malayziya yarışından sonra toplaşacaq, ona görə də, ilk iki yarışın nəticəsi müvəqqəti elan olunacaq.

Hələlik protestlərin necə rəsmiləşdirilməsi məlum deyil, yəni bir komandaya yoxsa hər üç komandaya protest veriləcək? Aydın məsələdir ki, hər iki tərəf özünün doğru olduğuna əmindir və bu mövqeyi sübut etməyə hazırdır. Bu gün texniki xidmət nümayəndələri də məsələni müzakirə ediblər. Onlardan biri Britaniyanın Autosport qəzetinə bildirib: “Vəziyyət xoşagələn deyil, amma protest qaydaalrı izah etməyin yeganə yoludur. Protestin verilməsi o demək deyil ki, kimsə kimisə nədəsə günahlandırır, sadəcə olaraq hamı reqlamentin müxtəlif yozumlarına cavab almaq istəyir.”

Toyota, Williams və Brawn GP-nin nümayəndələri jurnalistlərə bildiriblər ki, onların ehtiyat qərarları yoxdur, əgər diffuzorlar qeyri-qanuni hesab olunarsa, komandalar protest verib yarışı bu diffuzorlarla keçirəcəklər.

Bizi maraqlı xəbərlər gözləyir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*