22 Avqust 2019, Cümə axşamı - 10:20

Kanada Qran Prisi: Sıralanma turu

Kanada Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:47 - 09 İyun, 2013

Yağış. Buldulu. Günəşli. Havanın temperaturu +16° C, trasın temperaturu +16° C Artıq mövsümdə birinci dfəfə deyil ki, yarışa hazırlığa hava […]

Yağış. Buldulu. Günəşli. Havanın temperaturu +16° C, trasın temperaturu +16° C

Artıq mövsümdə birinci dfəfə deyil ki, yarışa hazırlığa hava şəraiti mane olur. Komandalar Kanadaya çoxlu yeniliklər gətirmişdilər, amma quru trasda məhsuldar işləmək yalnız dünən nahardan sonra mümkün olub, qalan sessiyalar isə nəm trasda baş tutub. Hələ bu azmış kimi, bu gün son məşqlərin müddəti də iki dəfə qısaldılıb.

Pirelli şirkəti jil Vilnöv adına trasa Medium və SuperSoft tərkiblərini gətirib, tərkiblər arasında sürət fərqi kifayət qədər böyükdür və sıralanma turu üçün əsas tərkib yumşaq təkərlər hesab olunurdular. Amma bu dəfə hava şəraiti sessiyanın normal gedişinə müdaxilə edib – starta bir neçə dəqiqə qalmış yağış başlayıb. Sürücülər hələ tam islanmamış trasa sliklərlə tələsiblər, amma hamı boksa qayıtmalı olub – tras çox sürüşkən olub.

Sürücülər trasa keçid təkərlərlə qayıdıblar. Asfaltın vəziyyəti tez-tez dəyişib, demək olar ki, bütün sürücülər səhvlərə yol veriblər və tarsdan çıxıblar. Bəzi sürücülərə trafik mane olub – sürücülər uzun dövrələt seriyasına çıxıblar ki, hər təkərləri qızdırsınlar, həm də cəhdlərin birində yaxşı nəticə göstərə bilsinlər.

Keçid təkərlərinin yeyilməsi də yüksək səviyyədə olub. Hər bir sürücü növbəti dövrədə nəticəsini yaxşılaşıdırıb, sonda ən yaxşı nəticəni Fettel göstərib – 1:22.318, mübarizəni isə Caterham və Marussia sürücüləri ilə birlikdə di Resta və Qrojan dayandırıblar. Monakoda Roman stüardlardan 10 yerlik cərimə almışdı, ona görə də sabah Lotus sürücüsü startda peletonun sonuncusu olacaq.

İkinci sessiyada yağış güclənib, sürücülər yenə də keçid təkərlərlə trasa çıxıblar və senari təkrarlanıb – hamı uzun dövrələr seriyasına çıxıb. Sessiyanın sonuna 2 dəqiqə qalmış qırmızı bayraqlar peyda olub – Felipe Massa 3-cü döngədə qəzaya uğrayıb. Restartda bütün sürücülər trasa atılıblar, trafik yaşanıb, Fettel, Uebber və Batton sürətli dövrəyə başlaya bilməyiblər, digər sürücülər isə mübarizənid avam etdiriblər. Yekunda protokollara Həmilton başçılıq edib – 1:27.649, Hülkenberq, Peres, Maldonado, Batton, Qutyerres və Massa son sessiyaya keçə bilməyiblər.

Son sessiyada trasın vəziyyəti qismən yaxşılaşıb, amma sürücülər yenə də keçid təkərlərlə trasa çıxıblar. Bu dəfə hamı iki qısa dövrələr seriyasını seçib. Sebastyan Fettel mövsümdə 3-cü, karyerasında isə 39-cu poulunu qazanıb. Lyuis Həmilton ikinci olub. Valtteri Bottasın 3-cü yeri hamı üçün gözlənilməz olub.

Sabah yarışa hava proqnozu çox kiçik ehtimalla yağış vəd edir, baxaq görək necə olacaq…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault011:22.318031:28.1661:25.425
02L.HəmiltonMercedes AMGMercedes061:23.801011:27.6491:25.512+ 0.087
03V.BottasWilliamsRenault041:23.446041:28.4191:25.897+ 0.472
04N.RosberqMercedes AMGMercedes071:23.840051:28.4201:26.008+ 0.583
05M.UebberRed BullRenault031:23.247021:28.1451:26.208+ 0.783
06F.AlonsoFerrariFerrari021:23.224081:28.7881:26.504+ 1.079
07J.E.VernToro RossoFerrari101:24.159061:28.5271:26.543+ 1.118
08A.SutilForce İndiaMercedes141:24.551091:28.7991:27.348+ 1.923
09K.RəykkönenLotusRenault131:24.451071:28.6671:27.432+ 2.007
10D.RikkardoToro RossoFerrari151:24.770101:29.3591:27.946+ 2.521
11N.HülkenberqSauberFerrari081:23.899111:29.435
12S.PeresMcLarenMercedes111:24.176121:29.761
13P.MaldonadoWilliamsRenault161:24.776131:29.917
14C.BattonMcLarenMercedes091:24.021141:30.068
15E.QutyerresSauberFerrari121:24.408151:30.315
16F.MassaFerrariFerrari051:23.735161:30.354
17P.di RestaForce İndiaMercedes171:24.908
18Ş.PikCaterhamRenault181:25.626
19R.QrojanLotusRenault191:25.716
20J.ByankiMarussiaCosworth201:26.508
21M.ÇiltonMarussiaCosworth211:27.062
22Q.van der QardeCaterhamRenault221:27.110

Kanada Qran Prisi: Sıralanma turu

Kanada Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:18 - 14 İyun, 2012

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +40° C Monrealda sıralanma turu həlledici əhəmiyyət kəsb eləmir – bu trasda […]

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +40° C

Monrealda sıralanma turu həlledici əhəmiyyət kəsb eləmir – bu trasda ötmək mümkündür, amma mövsümün gedişində ilk dəfə asfalta yatma qüvvəsinin aşağı səviiyəsində maşınların konfiqurasiyasının qüvvələr nisbətini qiymətləndirməyə imkan verir. Komandalar Kanadaya çoxlu yeniliklər gətiriblər, sərbəst yürüşlərdə mübarizə gərgin və sıx olub, şəhər trasına xas olan qəza və insidentsiz ötüşməyib.

Bəzi sürücülər sıralanma turuna tam hazırlaşa bilməyiblər – Censon Batton texniki problemlər üzündən dünən az məsafə qət edib, Niko Rosberq və Jan Erik Vern bu gün səhər heç işləyə bilməyiblər.

Dünən avtodrom üzərində buludlar görünsə də, bu gün səma buludsuz olub, asfaltın temperaturu da çox qalıb, ona görə də komandalar sazlanmalara düzəlişlər etməli olublar ki, təkərlərin potensialından tam istifadə edə bilsinlər. Pirelli şirkəti Monreala ən yumşaq təkərlərini – Soft və SuperSoft-u gətirib.

Birinci sessiyada protokollara Sebastyan Fettel başçılıq edib – 1:14.661, mübarizəni isə yeni komandaların sürücüləri ilə birlikdə Jan Erik Vern dayandırıblar. Bütün sürücülər 107%-lik həddi aşıblar. İkinci sessiyada bütün sürücülər qırmızı təkərlərə keçiblər, amma yenə də ən yaxşı nəticəni Fettel göstərib – 1:14.187. Son cəhdində Maldonado sonuncu şikananın çıxışında “Çempionlar divarı”na ilişib və maşının arxa asılqanı qırılıb. Ondan başqa Kobayaşi, Rəykkönen, Hülkenberq, Rikkardo, Peres və Senna mübarizəni dayandırıblar. İlk onluq isə yarım saniyəyə yerləşib.

Son sessiyada Censon Batton Soft təkərlərlə trasa çıxıb və boksa qayıdıb, mübarizə isə gərgin olub və yalnız Fettel 74 saniyədən sürətli olub – 1:13.784, Fettel karyerasında 32-ci və mövsümdə 2-ci poulunu qazanıb. Sabah birinci cərgədən onunla birlikdə Həmilton start alacaq, arxadan isə Alonso və Uebber – ilk üçlükdə üç dünya çempionu! Qarşıda bizi maraqlı yarış gözləyir!

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault011:14.661011:14.1871:13.784
02L.HəmiltonMcLarenMercedes031:14.891031:14.3711:14.087+ 0.303
03F.AlonsoFerrariFerrari051:14.916021:14.3141:14.151+ 0.367
04M.UebberRed BullRenault061:14.956041:14.4791:14.346+ 0.562
05N.RosberqMercedes AMGMercedes111:15.098061:14.5681:14.411+ 0.627
06F.MassaFerrariFerrari151:15.194091:14.6411:14.465+ 0.681
07R.QrojanLotusRenault141:15.163071:14.6271:14.645+ 0.861
08P.di RestaForce İndiaMercedes101:15.019081:14.6391:14.705+ 0.921
09M.ŞumaherMercedes AMGMercedes041:14.892051:14.4801:14.812+ 1.028
10C.BattonMcLarenMercedes021:14.799101:14.6801:15.182+ 1.398
11K.KobayaşiSauberFerrari121:15.101111:14.688
12K.RəykkönenLotusRenault091:14.995121:14.734
13N.HülkenberqForce İndiaMercedes131:15.106131:14.748
14D.RikkardoToro RossoFerrari171:15.552141:15.078
15S.PeresSauberFerrari161:15.326151:15.156
16B.SennaWilliamsRenault081:14.995161:15.170
17P.MaldonadoWilliamsRenault071:14.979171:15.231
18H.KovalaynenCaterhamRenault181:16.263
19V.PetrovCaterhamRenault191:16.482
20J.E.VernToro RossoFerrari201:16.602
21P.de la RosaHRTCosworth211:17.492
22T.QlokMarussiaCosworth221:17.901
23Ş.PikMarussiaCosworth231:18.255
24N.KartikeyanHRTCosworth241:18.330

Kanada Qran Prisi: Sıralanma turu

Kanada Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:55 - 12 İyun, 2011

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +25° C Mark Uebber nahardan əvvəl sərbəst yürüşləri buraxmalı olmuşdu – Red […]

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +25° C

Mark Uebber nahardan əvvəl sərbəst yürüşləri buraxmalı olmuşdu – Red Bull mexanikləri onun maşınında KERS-i dəyişiblər. Sauber mexanikləri də rahat oturmayıblar – Serxio Peresi əvəz etmiş Pedro de la Rosa məşqlərin son dəqiqəsində qəzaya uğrayıb, amma sıralanma turuna qədər maşın bərpa olunub.

Sıralanma turundan əvvəl göyün üzünü qara buludlar tutub və yağışın yağması gözlənilib. İlk sessiya ərəfəsində külək də güclənib, temperatur aşağı düşüb və sürücülər trasa tələsiblər. De la Rosa yenə də divarla təmas yaşayıb, bu dəfə nə maşın, nə sürücü ciddi zədə almayıblar. Mübarizəni isə yeni komandaların sürücüləri ilə birlikdə xayme Algersuari dayandırıb, Jerom D’Ambrozio isə 107%-lik həddi aşa bilməyib. Protokollara isə fernando Alonso başçılıq edib – 1:13.822.

İkinci sessiyada liderlər də SuperSoft təkərlərinə keçiblər və sürətlər artıb – ən yaxşı nəticəni Felipe Massa göstərib: 1:13.431. Beş güclü komanda tam heyətlə sonuncu sessiyaya keçib.

İlk iki sessiyada Ferrari sürücülərinin liderlik etmələrinə baxmayaraq, bu dəfə yenə də Fettel poul qazanıb – 1:13.014, karyerasında 21-ci və mövsümdə 6-cı poul. Alonso və Massa isə Mark Uebberi qabaqlaya biliblər. Start maraqlı olacaq…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault021:14.011021:13.4861:13.014
02F.AlonsoFerrariFerrari011:13.822041:13.6721:13.199+ 0.185
03F.MassaFerrariFerrari031:14.026011:13.4311:13.217+ 0.203
04M.UebberRed BullRenault061:14.375031:13.6541:13.429+ 0.415
05L.HəmiltonMcLarenMercedes041:14.114051:13.9261:13.565+ 0.551
06N.RosberqMercedes GPMercedes091:14.920061:13.9501:13.814+ 0.800
07C.BattonMcLarenMercedes051:14.374071:13.9551:13.838+ 0.824
08M.ŞumaherMercedes GPMercedes111:14.970081:14.2421:13.864+ 0.850
09N.HaydfeldLotus Renault GPRenault121:15.096101:14.4671:14.062+ 1.048
10V.PetrovLotus Renault GPRenault071:14.699091:14.3541:14.085+ 1.071
11P.di RestaForce İndiaMercedes081:14.874111:14.752
12P.MaldonadoWilliamsCosworth141:15.585121:15.043
13K.KobayaşiSauberFerrari151:15.694131:15.285
14A.SutilForce İndiaMercedes101:14.931141:15.287
15S.BuemiToro RossoFerrari161:15.901151:15.334
16R.BarrikelloWilliamsCosworth131:15.331161:15.361
17P.de la RosaSauberFerrari171:16.229171:15.587
18X.AlgersuariToro RossoFerrari181:16.294
19Y.TrulliTeam LotusRenault191:16.745
20H.KovalaynenTeam LotusRenault201:16.786
21V.LiutsiHispaniaCosworth211:18.424
22T.QlokMarussia VirginCosworth221:18.537
23N.KartikeyanHispaniaCosworth231:18.574
24J.D’AmbrozioMarussia VirginCosworth241:19.414

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 476
Teqlər , , , , ,
Paylaş

logo