Danimarkada Formula1 yarışı keçiriləcək?

2020-ci ildə Formula1-ə ev sahibliyi etmək istəyən Danimarka buna görə Formula1-in rəhbəri Çeyz Keri ilə danışıqlara başlayıb.

F-1.az xatırladır ki, Saxo Bank-ın sabiq rəhbəri Lars Kristensen Danimarkanı 2020-ci ildə təqvimə salmaq üçün bazar ertəsi Londonda Çeyz Keri ilə görüşüb.

Lars Kristensen: “Hər şeydən əvvəl Liberty Media-ya siyasi dəstək təmin etmək vacibdir. Londonda danışıqlar müsbət yöndə getdi. Növbəti altı ay ərzində lazımi investisiyaları tapmağa çalışacağam. Danimarkada böyük yarış keçirmək istəyiriksə, özəl sektorun yardımına ehtiyacımız var. Bu bahalı layihədir və bunun üçün lisenziya ödənişi etməliyik. Yeni tras da tikmək lazımdır. Bütün bunlar milyon dollarlara başa gələcək.

Tilke mənə dedi ki, Kopenhagenin mərkəzidə bir tras tikmək heç bir problem əmələ gətirməyəcək. Hazırda layihəyə diqqət yetirən vacib şəxslər var. Bunu görmək vacibdir. Yenə də pul tapmaq asan məsələ deyil”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*