D.Rikkardo boliddən razıdır

Red Bull komandasının sürücüsü Daniel Rikkardo sərbəst yürüşlərdən sonra təəssüratlarını bildirib...

F-1.az xatırladır ki, Rikkardo Avstraliya QP-nin birinci sərbəst yürüşlərində 13 dövər atıb və 3-cü yeri tutub. Avstraliyalı sürücü ikinci sərbəst yürüşlərdə 9 dövrə ata bilib və 4-cü yeri tutub.

Rikkardo bolidindən razı görünür: “Bu gün bir neçə dövrə ata bildik. Daha artığını etmək mümkün deyildi. Mən istəyərdim ki, trasda daha çox vaxt keçirim, amma hazırda əvvəlkindən daha yaxşı vəziyyətdəyik.

Amma bizi çətin bir gün gözləyir. Çox iş görməliyik. Ümid edirəm ki, ən yaxşı nəticəni alarıq. Bu gün bolid yaxşı çalışıdrı. Ümid edirik ki, bu hal şənbə günü də davam edər. Dəyişən hava şəraiti bizə daha uyğundur.

Az dövrə vurduq və bu məyusedicidir, amma məyus deyiləm. Hava hamı üçün eynidir. Sabah havaya da öyrəşməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*