D.Rikkardo: “2016-cı ildə qələbə qazansam, çox xoşbəxt olaram”

Daniel bu il ən azı bir qələbə qazanmağa ehtiyacı olduğunu düşünür.

F-1.az xatırladır ki, 2014-cü ildə 3 qələbə qazanan Red Bull-un avstraliyalı pilotu Daniel Rikkardo bu il 2 dəfə qələbəyə çox yaxınlaşmış, lakin buna nail ola bilməmişdi. Komandanın səhv strategiyasına görə İspaniyada qələbəni Maks Ferstappenə verən Daniel Monakoda da pit-stopda vaxt itirərək finişi Lyuis Həmiltondan sonra keçmişdi.

Daniel Rikkardo: “Hədəfimizin çempionluq olduğunu düşünürəm. Heç vaxt “heç vaxt” deməməlisiniz və hələ heç mövsümün yarısına da çatmamışıq. Mövsümün sonuna qədər ən azı bir qələbə qazana biləcəyimizi düşünürəm. Bu il 6 və ya 8 yarışda qalib gəlib çempionluq yarışına qoşula bilərik? Bunun baş vermə ehtimalı çox azdır. Hədəfim ən üst pillədə olmaqdır. Bu il və 2017-ci ildə bunun üçün mübarizə aparmaq istəyirəm”.

Rikkardo əldən verdiyi qələbələrə rəğmən, komandanın hətta podium mübarizəsindən də kənarda qaldığı və yekunda 4-cü olduğu 2015-ci ildəkindən daha yaxşı olduğunu düşünür: “Bu mövsümün əvvəlində bir çox məsələdə heç də optimist deyildik. Lakin indi çox şey dəyişib. Ədriana inanıran. Onun komanda ilə müqaviləsinin bitməsinə hələ var və bu, bizim üçün yaxşıdır. Artıq işlərimiz qaydasına düşməyə başlayıb və gələn mövsüm bizim üçün daha maraqlı olacaq.

Keçən mövsümün startı bizim üçün uğursuz olmuşdu, lakin biz özümüzü toplaya bilmişdik. Budapeştdəki yarış bizim üçün yaxşı keçmişdi. Bu, bütün komandaya yaxşı təsir etmişdi. Bu mövsüm də həm yaxşı təsir bağışladığımız, həm də geriyə düşdüyümüz yarışlar oldu. Lakin keçən illə müqayisədə daha yaxşı maşına və motora sahibik. İnkişafı hiss etdiyiniz müddətdə doğru yolda olduğunuzu anlayırsınız…”

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*