D.Kvyat: “Yeni maşınlar sürətli olacaq”

F-1.az xəbər verir ki, rusiyalı sürücü çərşənbə axşamı Toro Rosso-nun bazasına baş çəkib və nə işlə məşğul olduğunu azarkeşlərlə paylaşıb.

Daniil Kvyat: “Hamıya salam! Ümid edirəm ki, sizdə hər şey yaxşıdır. Mən Fayentsaya gəldim və komandanın mühəndisləri ilə, mətbuat və marketinq şöbəsinin əməkdaşları ilə vaxt keçirdim. Qış fasiləsindən sonra onları görmək xoş idi. Fasilə deyirik, amma əslində yaxşı formada olmaq üçün çox çalışmalı olmuşuq, çünki yeni maşınlar daha sürətli olacaqlar.

Dediyim kimi, onları görmək xoş idi. Komandada hamı gərgin işləyir və mən ümid edirəm ki, biz testlərə yaxşı formada gedəcəyik. Yeni mövsümün başlaması üçün səbirsizlənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*