Toro Rosso sürücüləri narazıdırlar

Toro Rosso komandasının sürücüləri bildiriblər ki, maşının sürəti aşağı olduğu üçün pis nəticə göstəriblər.

F-1.az xatırladır ki, Daniil Kvyat yarışı 13-cü, Karlos Sayns isə 17-ci yerdə bitirib. Komanda boliddəki 2015-ci il Ferrari mühərriyinin zəifləməsinə görə son 5 yarışda cəmi 2 xal qazanıb.

Karlos Sayns: “Sürət probleminə görə strategiya tətbiq edə bilmədik, çünki bilirdik ki, hansısa rəqibimizi keçə bilməyəcəyik. Bu gün trasdakı ən zəif ikinci bolid olan McLaren-i belə ötə bilmədim. Bu hal bizi strategiya cəhətdən geriyə salır. Əlimdən gələn hər şeyi etdim ki, strategiya yaxşı işləsin. Amma bu sürətlə nəsə etmək qeyri-mümkün idi”.

Bütün bolidlərin DRS istifadə etdiyi sıralanma turunda GPS göstəricilərinə görə Toro Rosso trasdakı ən yavaş ikinci bolid olub. İtalyanlar Mercedes-dən 10 km/saat yavaş, McLaren-dən isə 0.6 km/saat sürətli olublar.

Sayns bildirib ki, bu hal onun əsəblərini pozur. Amma komanda bu halı düzəltmək üçün əlindən gələni edir: “Vəziyyət belədir. Bu vəziyyətə öyrəşməli və bunu düzəltməliyik. Bu həftə standart olan daha az asfalta yatma qüvvəsini seçdik. Sıralanma tempimiz Malayziyaya nisbətən daha yaxşı olsa da, yarış tempimiz daha pis idi. Bunu təhlil etməliyik”.

Daniil Kvyat isə bu barədə belə deyib: “Düzlüklərdə ötmə edə bilməyəcək qədər yavaşıq. Bunu qəbul etməliyik. Əlimizdən heç nə gəlmirdi və təhlükəsizlik avtomobilinin olmaması pis oldu. Yerimi qorumaq üçün möcüzəyə ehtiyacım var idi. Amma belə olan halda da təkərlərimi qoruya bilməzdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*