D.Kvyat şayiələr qarşısında hamının səbirli olmasını istəyir

Rusiya Qran Prisindən sonra heç kimin gözləmədiyi halda Red Bull-dan Toro Rosso-ya göndərilən və yerinə Maks Ferstappenin gətirildiyi Daniil Kvyat yeni komandada istənilən nəticələri əldə edə bilmir.

F-1.az xatırladır ki, onun mövsümün sonunda komandadan göndəriləcəyi barədə çoxdan söhbətlər gəzirdi. İndi də bəzi media orqanları rus pilotun Red Bull ilə yeni ikiillik müqavilə bağladığını yazıb. Daniil bu şayiələrə heç kəsin inanmamalı olduğunu bildirib: “Bütün bu şayiələr məni maraqlandırmır. Elan edilməli bir şey olsa, elan ediləcək. Hər sözə inanmayın, bir qədər səbirli olun…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*