C.Stüartın Tyrrell-i muzeydə nümayiş etdirilir

Ser Ceki Stüart özünün Tyrrell maşınını nümayiş etdirib – məhz bu maşında o 1971-ci ildə çempionatda qələbə qazanmışdı. Maşın Edinburqda […]

Ser Ceki Stüart özünün Tyrrell maşınını nümayiş etdirib – məhz bu maşında o 1971-ci ildə çempionatda qələbə qazanmışdı. Maşın Edinburqda yerləşən Şotlandiyanın Milli Muzeyinə qoyulub. Yeri gəlmişkən qeyd edək ki, 40 il əvvəl üçqat dünya çempionu özünün ilk titulunu qazanmışdı və bu il onun 70 yaşı tamam olacaq: 1969-cu ildə Stüart Matra-nın sükanı arxasında, 1971-ci və 1973-cü illərdə isə Ken Tirrelin komandasında qalib gəlmişdi…

Ceki Stüart: “Bu Tyrrell003 Formula1 tarixində ən çox qələbə qazanan şassidir və bu maşınla mənim xoş xatirələrim bağlıdır. Bu maşını belə bir muzeydə görməyimlə fəxr edirəm. Xüsusən də muzeydə eksponatın açılışında mən yaxın dostlarımın və ailəmin iştirakı məni ruhlandırır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*