11 Dekabr 2018, Çərşənbə axşamı - 01:58

Çin-2016: Tras və statistika

Çin-2016: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:45 - 14 Aprel, 2016

Çin torpağında nəzərdə tutulan Formula1-in debütünə ilyarım qalmış, 2003-cü ilin aprelində mühəndis və arxitektorlar qrupu birinci dəfə gələcək trasın tikiləcəyi yerə baş çəkiblər. O zaman heç kim inanmırdı ki, belə böyük bir kompleksi 18 aya tikmək mümkündür, amma çinlilər hamını qrafikə dəqiq əməl etmələri ilə təəccübləndirdilər.

Trasın arxitektoru Hermann Tilke çin dilində ŞAN (Şanxayda yarışmaq) heroqlifindən istifadə etdi və qurduğu trasların bir-birinə oxşamamasını sübut etdi. Yeddi sol və doqquz sağ döngə, iki uzun düz yol – ötmək imkanı verən sürətli tras. Deyilənlərə görə, yarış kompleksinin ümumi dəyəri 325 milyon dollar olmuşdu.

Yeni avtodrom sürücülərin xoşuna gəldi. Hücum etmək imkanı verən geniş tras, düz uzun yolun sonunda əylənmədə ötmək imkanı, geniş təhlükəsizlik zonaları və əla xidmət vasitələri – tamaşaçılara başqa nə lazımdır?

Çin avtodromunun ən başlıca problemi 200 minlik tribunaların olmasına baxmayaraq yerli azarkeşlərin milli yarışa maraqlarının böyük olmamasıdır. Təşkilatçılar boş yerləri xüsusi örtüklərlə bağlayırlar və kameraları elə yerləşdirirlər ki, ekranlarda çox görünməsinlər.

Chinese Grand Prix

2016 FORMULA 1 CHINESE GRAND PRIX
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
15-17 aprel 2016Shanghai International Circuit5451 m56305.066 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Trasın konfiqurasiyası çox mürəkkəbdir və iki çətin sağ döngə sürücülərin işini lap çətinləşdirir. Radiusu artan bu döngələrdən birinin çıxışı təqvimdə ən uzun düzlüklərdən birinə çıxarır – daxili yanma mühərriyi maksimum dövriyyələrdə 20 saniyə çalışmalıdır – dövrənin təxminən beşdə biri.

İlk üç döngə ardıcıllığı çox maraqlı alınıb – mühəndislər bu hissəni minimum zaman ərzində qət etmək üçün sazlamalar axtarışını son anədək davam edirlər. Tras elə də hamar deyil, asfalt örtüyünün xüsusiyyətləri hər il fərqlənir.

Tras asfalta yatma qüvvəsinin orta kəmiyyətini  və düzlüklərdə sürətlə yavaş döngələrdə asfaltla ilişmə arasındakı ənənəvi kompromis tələb edir. Uzunmüddətli döngələrin çoxluğuna görə maşının sazlanması zamanı izafi dönüşlüyün yaranmaması vacibdir.

Trasda iki müstəqil DRS zonası var – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 13-cü döngədən 14-cü döngəyədək olan düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 12-ci və 16-cı döngələrin girişində ölçüləcək.

Təkərin yeyilməsi elə də çox deyil, iki ilbizvari döngə ön sol təkəri yüklədiyi üçün ən çox həmin təkər yeyilir. Əyləclərə yüklənmə olduqca çoxdur. Ən uzun düzlüyün sonunda sürücülər 100-120 metr ərzində sürətlərini 330 km/saatdan 60 km/saatadək azaldırlar.

2015-ci ilin Çin Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərGünəşli, quruLyuis HəmiltonMercedes AMG1:39.033
2-ci sərbəst yürüşlərGünəşli, quruLyuis HəmiltonMercedes AMG1:37.219
3-cü sərbəst yürüşlərGünəşli, quruLyuis HəmiltonMercedes AMG1:37.615
Sıralanma turuGünəşli, quruLyuis HəmiltonMercedes AMG1:35.782
Yarışda sürətli dövrəGünəşli, quruLyuis HəmiltonMercedes AMG1:42.208

 

Chinese Grand Prix

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Çin Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Çin Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
15 aprel1-ci sərbəst yürüşlər06:00
15 aprel2-ci sərbəst yürüşlər10:00
16 aprel3-cü sərbəst yürüşlər08:00
16 aprelSıralanma turu11:0010:50
17 aprelYarış10:0009:50

 

Pirelli

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli şirkəti Çinə də SuperSoft, Soft və Medium sliklərini gətirəcək – son iki tərkibdən hər hansı birindən yarışda mütləq istifadə olunmalıdır. Keçən il komandaların çoxu iki pit-stoplu strategiyaya üstünlük vermişdi, amma qarşıdakı yarışda 3 dəfə pit-stop etmək daha əlverişli görünür – ona görə də komandalar daha çox yumşaq təkərlər sifariş ediblər.

SürücüKomandaMediumSoftSuperSoft
L.HəmiltonMercedes AMG445
N.RosberqMercedes AMG355
S.FettelFerrari346
K.RəykkönenFerrari346
V.BottasWilliams247
F.MassaWilliams157
D.RikkardoRed Bull256
D.KvyatRed Bull256
K.MaqnussenRenault256
C.PalmerRenault346
N.HülkenberqForce İndia256
S.PeresForce İndia256
M.FerstappenToro Rosso355
K.SaynsToro Rosso265
F.AlonsoMcLaren247
C.BattonMcLaren247
M.ErikssonSauber544
F.NasrSauber545
P.VerlyaynManor454
R.HaryantoManor454
R.QrojanHaas157
E.QutyerresHaas247

 

Chinese Grand Prix, 2015

 

STATİSTİKA

Hazırkı pilotların Çin Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
Lyuis Həmilton9136574
Fernando Alonso1296252
Censon Batton128941
Sebastyan Fettel988331
Niko Rosberq1086141
Kimi Rəykkönen106451
Felipe Massa12462
Daniel Rikkardo520
Roman Qrojan416
Valtteri Bottas414
Niko Hülkenberq69
Felipe Nasr14
Serxio Peres52
Daniil Kvyat21
Markus Erikson21
Esteban Qutyerres2
Maks Ferstappen1
Karlos Sayns1
Kevin Maqnussen1
Colion Palmer1
Paskal Verlyayn
Rio Haryanto

 

Çin Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
12.04.2015ŞanxayL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
20.04.2014ŞanxayL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
14.04.2013ŞanxayL.HəmiltonMercedes AMGF.AlonsoFerrari
15.04.2012ŞanxayN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
17.04.2011ŞanxayS.FettelRed BullL.HəmiltonMcLaren
18.04.2010ŞanxayS.FettelRed BullC.BattonMcLaren
19.04.2009ŞanxayS.FettelRed BullS.FettelRed Bull
19.10.2008ŞanxayL.HəmiltonMcLarenL.HəmiltonMcLaren
07.10.2007ŞanxayL.HəmiltonMcLarenK.RəykkönenFerrari
01.10.2006ŞanxayF.AlonsoRenaultM.ŞumaxerFerrari
16.10.2005ŞanxayF.AlonsoRenaultF.AlonsoRenault
29.09.2004ŞanxayR.BarrikelloFerrariR.BarrikelloFerrari

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 471
Teqlər , ,
Paylaş

logo