Çempionatın debütantları maliyyə yardımı alacaqlar

FİA-nın Ümumdünya Şurası Formula1-ə yeni gəlmiş komandalara maliyyə yardımı edəcəyini bildirib. Debütantlar çempionatda uzunmüddətli iştiraklarına təminat kimi böyük məbləğli depozit […]

FİA-nın Ümumdünya Şurası Formula1-ə yeni gəlmiş komandalara maliyyə yardımı edəcəyini bildirib. Debütantlar çempionatda uzunmüddətli iştiraklarına təminat kimi böyük məbləğli depozit ödəməkdən azad olunmaqla yanaşı, FOM-dan 10 milyon dollar məblığində maliyyə yardımı, maşınların və 10 tona qədər avadanlığın çempionat mərhələlərinə pulsuz daşınması imkanı alacaqlar. Hər bir yeni komandaya iqtisadi sinifdə 20 təyyarə bileti veriləcək.

Qran Pridə iştirak edə biləcək maşınların sayı 26-ya qədər artırılıb – 2010-cu il çempionatında üç yeni komandaya vakansiya var.

FİA mayın 22-29-da gələn mövsümdə iştirak etmək arzusunda olan komandalardan ərizə qəbul edəcək, iyunun 12-də isə çempionat iştirakçılarının siyahısı dərc olunacaq – hazırkı komandalar üstünlük alacaqlar, yeniləri isə texniki və maliyyə yoxlamalrına məruz qalacaqlar.

Büdcənin məhdudlaşdırılması elan olunduqdan sonra USF1 artıq gələn mövsümə hazırlaşdığını elan edib, çox güman ki, Lola və iSport da ona qoşulacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*