C.Battonun qələbələri Ekklstounu sevindirmir

Berni Ekklstoun İstanbula gəlməmişdi və Türkiyə Qran Prisini Londonda TV-dən izləyib. Britaniyanın Daily Express qəzetinin məlumatına görə buna səbəb böyrəyindəki […]

Berni Ekklstoun İstanbula gəlməmişdi və Türkiyə Qran Prisini Londonda TV-dən izləyib. Britaniyanın Daily Express qəzetinin məlumatına görə buna səbəb böyrəyindəki problemlər olub. Qəzetin müxbiri Formula1-in kommersiya başçısının evində olub, onunla birlikdə yarışı izləyib. Censon Batton finişi keçdikdən sonra Ekklstoun məyus olub…

Berni Ekklstoun: “Bir tərəfdən – bu əla göstəricidir, amma digər tərəfdən – çox pisdir. Məndə qarışıq hislər baş qaldırıb: sözsüz ki, bu Battonun özü üçün əladır, amma bütün çempionat üçün, şou üçün pisdir. Azarkeşlər istəyirlər ki, trasda mübarizə çox olsun, bəlkə belə də olacaq. Amma indiki maşınlar fantastik dərəcədə etibarlıdırlar. Beş-altı il əvvəl yarışın sonuna peletonun yarısı çatardı.

Mark Uebberi podiumda görmək xoşdur. Massa yaxşı oğlandır, çempion ola bilər. Rəykkönendən əmin deyiləm. Hazırda trasda ən yaxşı Alonso, Həmilton, Fettel və Battonu hesab edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*