22 May 2019, Çərşənbə - 03:48

C.Batton uğurunu komandası ilə bayram edib

C.Batton uğurunu komandası ilə bayram edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:31 - 24 Oktyabr, 2009

Dünən axşam Censon Batton Brawn GP komandasının Britaniyanın Brəkli şəhərciyindəki bazasına gəlib və bütün komanda ilə birlikdə Braziliyada qazanılmış titulu […]

Dünən axşam Censon Batton Brawn GP komandasının Britaniyanın Brəkli şəhərciyindəki bazasına gəlib və bütün komanda ilə birlikdə Braziliyada qazanılmış titulu və Mühəndislər Kubokunu bayram edib. Brawn GP-nin 450 əməkdaşının toplaşdığı zalda Battonun İnterlaqosun finişində oxuduğu We Are The Champions mahnısı səslənib. Censon komandanın şərəfinə sağlıq söyləyib və ümumi işə tövəsinə görə hər bir kəsə minnətdarlıq edib…

Censson Batton: “Bu mahnını mən sevincdən elə emosional oxudum ki, iki gün səsim batmışdı, çıxmırdı. Mən bura ona görə gəlmişəm ki, komandanın bütün əməkdaşlarını tərifləyim və minnətdarlıq edim. Siz uzun illər gərgin işləyirdiniz ki, bu uğuru qazanasınız.

Kimsə komandaya 1998-ci ildə gəlib, kimsə daha sonra qoşulub, 2003-cü ildə, amma sizin hər biriniz ümumi iş üçün çox şey edib. Mən bilirəm ki, bəzən çox çətin idi, xüsusən keçən qış heç birimiz bilmirdik ki, bəs sonra nə olacaq? Kədərlidir ki, bu fantastik maşın üzərində işləyən bir çox insanlar indi bizimlə deyillər. Komanda yaşamaq üçün ştatını ixtisar etməli olmuşdu, amma biz bir yerdə BGP001-i hazırladıq və qələbə qazandıq.

Bizim elə ilk həmlədən həm titulu, həm də Mühəndislər Kubokunu qazanmağımız çox nadir nailiyyətdir. İlk bir neçə yarış əla oldu. Kənarda elə görünürdü ki, qələbə bizə asan başa gəlirdi, amma bu belə deyildi. Amma sonradan səil çətinliklər başlandı, mən xüsusilə çətin oldu, amma biz bütün komanda ilə mübarizə aparırdıq və sonda hər şey biz istədiyimiz kimi oldu.

Rubens mövsümün ikinci yarısında daha iki qələbə qazandı və sübut etdi ki, bizim maşın çox sürətlidir. Əlbəttə, bizim komandaya fantastik insan – Ross Braun başçılıq edirdi! Və keçən uik-end Braziliyada biz göstərdik ki, qələbəyə layiqik, ona görə də şampan şərabı dolu olan bu badələri yeni dünya çempionlarının şərəfinə qaldırmalıyıq! Məqsədimizə çatmışıq.

Bunu başa düşmək üçün vaxt lazımdır. Bu gün mən sizinlə qələbəni bayram edirəm və bu çox vacib andır. Mən səmim qəlbdən hər bir kəsə ümumi işə töhvəsinə görə minnətdarlıq edirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 279
Teqlər
Paylaş

logo