C.Batton: “Mən qələbə qazanmaq istəyirəm”

Censon Batton bildirib ki, uğursuz yarışlar ardıcıllığına son qoymaq niyyətindədir və mövsümün qalan yarışlarında qələbə qazanamq fikrindədir. Son beş yarışda […]

Censon Batton bildirib ki, uğursuz yarışlar ardıcıllığına son qoymaq niyyətindədir və mövsümün qalan yarışlarında qələbə qazanamq fikrindədir. Son beş yarışda britaniyalı sürücü cəmi 11 xal qazanıb, çempionatın əvvəlində qazandığı üstünlük isə tədricən əriyib…

Censon Batton: “Biz daha yüksək nəticələr göstərməliyik. Mənə dördüncü və ya beşinci olmaq kifayətdir ki, titulu qazanım, amma mən bunu istəmirəm. Mən yarışlarda qalib gəlmək istəyirəm. Mənə deyirlər ki, “çempionatı düşün”, amma mən yeni qələbələr istəyirəm. İlk cərgələrdə mübarizə aparmaqdan xoşum gəlir.

Ona görə də mən aqresiv olmaq fikrindəyəm. Mən sıralanma turundan sonra rahatlanmaq istəmirəm, yarışı da sakit keçirmək fikrində deyiləm: hətta sıralanma turunda beşinci olsam belə uğur qazanamq istəyirəm, qələbə qazanmaq və rəqabətədavamlı olmaq istəyirəm. Ümid edirəm ki, Monsada hər şey məhz belə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*