C.Batton McLaren-lə danışıqlar aparır?

Britaniyanın Daily Mail qəzeti Censon Battonla McLaren komandası arasında gələn mövsüm üçün müqavilə bağlanması barədə danışıqların getməsi barədə məqalə dərc […]

Britaniyanın Daily Mail qəzeti Censon Battonla McLaren komandası arasında gələn mövsüm üçün müqavilə bağlanması barədə danışıqların getməsi barədə məqalə dərc edib. Şayiələr gəzir ki, belə bir müqavilə komandanın titul sponsoru Vodafone şirkətini maraqlandırır, şirkət sürücünün çıxışı maliyyələşdirməyə də hazırıdr…

Deyilənlərə görə, Battonun Brawn GP komandası ilə danışıqları maliyyə məsələsində fikir ayrılığı üzündən daşa dirənib, Vodafone isə son iki ilin çempionunun bir komandada və marketinq proqramnda çıxışını yaxşı maliyyələşdirməyə hazırdır.

Hələlik bu şayiələr təsdiq olunmayıb, amma Vodafone-un nümayəndələrindən biri jurnalistlərə deyib ki, “istənilən komanda heyətində iki dünya çempionu olmasını istəyir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*