C.Batton komandanın inkişafından razı qalıb

Silverstouna qədər Brawn GP-nin üstünlüyü şübhə doğurmurdu, amma son iki yarışda Red Bull Racing komandasının sürücüləri 100%-lik nəticə göstəriblər. Censon […]

Silverstouna qədər Brawn GP-nin üstünlüyü şübhə doğurmurdu, amma son iki yarışda Red Bull Racing komandasının sürücüləri 100%-lik nəticə göstəriblər. Censon Batton hesab edir ki, Macarıstanda Brawn GP vəziyyəti öz xeyrinə dəyişəcək…

Censon Batton: “Son iki yarışda itkiləri minimuma endirmək lazım idi, biz qələbə uğrunda mübarizə apara bilmirdik, lakin indi vəziyyət dəyişir. Komanda maşını təkmilləşdirib, Macarıstanda Silverstounda və Nürburqrinqdə olduğundan çox istidir, təkərlər işləyir – biz yenidən sürətliyik, düzdür, sıralanma turunun sonuna qədər qüvvələr nisbəti barədə nəsə söyləmək mümkün deyil. İndi maşın daha yaxşılaıb, mən də komandanın inkişafından razıyam.

Bu trasda sıralanma turu çox vacibdir və start düzlüyünün sol tərəfi sağ tərəfdən çox sürətlidir, amma əgər siz poul uğrunda mübarizə aparmırsınızsa, bunun mənası yoxdur. KERS də problem olacaq, Ferrari və McLaren çox sürətlidirlər, ona görə start maraqlı olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*